20 Sentyabr, 2011
Əbülfəz Qarayev "Eurovision" proqnozu verdi

"Azərbaycana çoxlu sayda turist gələcək"

"Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycana çoxlu sayda turist gələcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Turizmin inkişafı media müstəvisində" mövzusunda keçirilən "dəyirmi masa"da çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bir sıra ölkələrdə çoxlu sayda turistin yerləşdirilə bilməsi üçün ölkəyə hotel-gəmilər gətirilir.

"Lakin biz hələ ki, hotel-gəmilərin gətirilməsini nəzərdə tutmamışıq", - nazir əlavə edib.

Qarayev hazırda müsabiqə ilə əlaqədar ölkəyə gələcək turistlərin yerləşdirilməsi məsələsi üzərində iş aparıldığını qeyd edib.

Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) "Running Scared" mahnısı ilə " Eurovision 2011" mü sabiqə sinin qalibi olub.

56-cı dəfə təşkil olunan yarışmanın şüarı "Feel Your Heart Beat!" (Öz ürəyinin döyüntüsünü hiss et) idi. Müsabiqənin sonunda sms-səsvermə və professional juri seçimi nəticəsində "Eurovision 2011"-in qalibi 221 xal toplayan Azərbaycan oldu (Ell/Nikki - "Running Scared"). Bununla da Azərbaycan "Eurovision 2012" müsabiqəsini keçirmək hüququnu qazanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!