20 Sentyabr, 2011
Yüyürük körpələr üçün təhlükə yaradır

Mütəxəsislərdən körpəsi olan valideynlərə xəbərdarlıq 

Mütəxəssislərin fikrinə görə, ilk addımlarını atan körpələrin getməsini sürətləndirən yüyürüklər qəza şəraiti törədə və ölümlə nəticələnə bilər.

Simsar. az saytının hurriyet.com-a istinadən verdiyi xəbərə görə,
mütəxəsislər ailələrə yüyürüklərin yaradacağı təhlükələrlə əlaqədar xəbərdarlıq edir. Onların sözlərinə görə, yüyürükdən istifadə edən körpələr anormal getmə formasına öyrəşə bilirlər.

Əsl problemin bu vasitələrin etibarlı olmamasından qaynaqlandığına işarə edən uşaq həkimləri bildirir ki, yüyürüklər bir çox körpənin xəstəxanaya düşməsinə və onların bir qisminin yüyürüklər nəticəsində ölməsinə səbəbdir.

Yüyürükdəki körpə saniyədə 1 metrdən çox yol getdiyi üçün ən yaxınındakı kəslər belə onlara tez müdaxilə edə bilmir. Mütəxəsislər azyaşlı körpəsi olan valideynlərə xəbərdarlıq edərək, aşağıdakı məlumatları nəzərinə çatdırır. Yüyürüklər aşağıda qeyd olunan qəzalara səbəb olur:

- Ayağını yerə basa bilmədiyi üçün körpənin yıxılması. Bu da sümük qırıqlarına və ağır baş yaralanmalarına yol açır.

- Yanma. Yüyürükdəki körpələr daha yüksək yerlərə çata bilər. Beləcə masa örtüsünü çəkərək masa üzərindəki isti çayı, qəhvəni üstünə tökər.

- Boğulma. Yüyürükdəki bir körpə ləyənə və ya hovuza düşə bilər.

- Zəhərlənmə. Zəhərlənmələr də yüyürükdəki körpənin yüksək yerlərdə olan zəhərli qidanın qəbul etməsi ilə qaynaqlanar.

Ana və ataların gözü qarşısında olur

1997-ci ildə ABŞ-da yüyürüklərin ya qapıdan keçə bilməyəcək qədər geniş və ya pillə kənarında dayanmağı təmin edəcək əyləc sisteminə sahib olmasını zəruri edən standartlar müəyyənləşmişdi. Avropada 2005-ci ildə körpələr üçün nəzərdə tutulan yüyürüklərdə də dəyişiklik edildi. Çünki, bu yüyürüklər təkərə sahib olduğü üçün körpələr sürətli hərəkət edir və təhlükə yaradırlar.

ABŞ Pediatrları uzun müddətdir ki, təkərli yüyürüklərdən istifadəni qadağan edib. Kanadada isə 2004-cü ildə körpə yüyürüklərinin satışı, idxalı və reklamına yasaq qoyulub.

Mütəxəsislər xəbərdarlıq edir ki, ailələr körpələrinin təhlükəsizliyi üçün yüyürükdən imtina etsin. Onların sözlərinə görə, uşaq yüyürüklərinin əvəzinə, yüyürüyə bənzəyən amma təkərləri olmayan, oturacağı dönə, əyilə, yuxarı aşağı hərəkət edə bilən vasitələrdən istifadə etmək körpələr üçün təhlükəsizdir.

Aynurə Həsənova







Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!