19 Sentyabr, 2011
Aida İmanquliyevin əsəri gürcü dilində

Kitaba ön sözü Gürcüstan Yazıçılar Birliyinin sədri yazıb

Akademik Aida İmanquliyevanın ““Qələm” Asossasiyası və Mixail Nuayme” kitabı gürcü dilində çap edilib. Simsar.az-ın nun məlumatına görə, kitab XIX sonu XX əsrin əvvəllərində Qərbdə yaradıcılığla məşğul olan ərəb yazıçılarının yaradıcılığına həsr olunmuşdur. 

Kitabı gürcü dilinə tərcüməçi T.Gülməmmədov çevirib. Kitaba ön sözü Gürcüstan Yazıçılar İttifaqının sədri Makmala Qonaşvili yazıb. Kitab Tiflis Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili bölməsi üçün dərslik vəsaiti kimi hazırlanıb. Gürcüstan Azərbaycan mədəni əlaqələr Fondu Geo-Turan kitabın tərcüməsində və nəşr olunmasında yaxından iştirak edib. Gürcüstan Yazıçılar İttifaqının nəşriyyatında işıq üzü görüb.

Geo-Turanın prezidenti Arif İbrahimovla söhbətimiz zamanı o, bu kitaba əslində çox böyük ehtiyac olduğunu dilə gətirdi: “Tanınmış ziyalımız, akademik Aida İmanquliyeva 1989-cu ildə doktorluq dissertiyasını Gürcüstanda müdafiə edib. Aida xanımı Gürcüstanda yaşayn şərqşünaslar çox yaxından tanıyırlar. Onlarla söhbət zamanı “Qələm Asossasiyası və Mixail Nuyame” əsərinə şərşünaslıq fakültəsində təhsil alan tələblərin çox böyük ehtiyacı olduğunu bildirdilər. Biz də qərara gəldik ki, kitabın işıq üzü görməsinə çalışaq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!