19 Sentyabr, 2011
Bir ildə yüz korrupsiya işi

Ötən il isə 104 korrupsiya işi olub

Azərbaycanda 2011-ci ildə 160 şəxs barəsində 95 cinayət işi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində (KQMİ) istintaq olunaraq məhkəmələrə göndərilib. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə İdarənin rəisi Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, 2010-cu ildə 104 iş məhkəmələrə göndərilmişdi.

"Hazırda KQMİ tərəfindən 89 cinayət işi üzrə istintaq gedir və bu işlər ilin sonunadək məhkəmələrə göndəriləcək", - Əliyev deyib.

O qeyd edib ki, İdarədə təhsillə bağlı bir neçə cinayət işinin istintaqı aparılır.

"Bunlarla bağlı mətbuata məlumat vermişik və bu işlər məhkəməyə göndəriləndə də məlumat veriləcək", - Əliyev jurnalistlərin təhsil naziri müavinlərinin işdən çıxarılmasının korrupsiya ilə əlaqəli olması barədə sualına cavabında deyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!