19 Sentyabr, 2011
Gömrükdə müstəqil iqtisadi operatorlar olacaq

Aydın Iliyev «Gömrük qeydiyyatını həyata keçirəcək bu şirkət gömrük brokerlərinin fəaliyyətinin daha müstəqil formasıdır".

2012-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni Gömrük Məcəlləsi beynəlxalq standartlara cavab verən sənədlərdən biridir.

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.

«Bu, məcəllənin hazırlanmasında iştirak edən beynəlxalq maliyyə təşkilatları tərəfindən də təsdiqlənib», - A.Əliyev deyib.

Sənədin əsas yeniliklərindən biri müstəqil iqtisadi operatorların fəaliyyətə başlamasıdır:

«Gömrük qeydiyyatını həyata keçirəcək bu şirkət gömrük brokerlərinin fəaliyyətinin daha müstəqil formasıdır. Məcəllənin bu maddəsi Avropa təcrübəsi əsasında hazırlanıb».

Müstəqil iqtisadi operatorlar Dövlət Gömrük Komitəsinin verdiyi lisenziya əsasında fəaliyyət göstərəcəklər.

Hazırda qüvvədə olan Gömrük Məcəlləsi 1997-ci ildə qəbul edilib. /Trend/

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!