19 Sentyabr, 2011
Qəddafi hələ də vuruşur

Avropalılar əsir götürülüb

Liviya Milli Keçid Şurasının hərbi qüvvələrinin devrilmiş prezident Müəmmər Qəddafinin tərəfdarlarının nəzarətində olan Ben-Valid şəhərinə hücumu uğursuzluğa düçar olub.

 Simsar.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Müəmmər Qəddafi tərəfdarları 17 nəfəri əsir götürüblər.

Müəmmər Qəddafinin sözçüsü Musa İbrahim deyib ki, əsir götürülənlər arasında bir neçə fransız, 2 ingilis, bir Qətər əmirliyinin sakini var. Onlar əsasən texniki sahə üzrə ekspertlərdir.

Bu arada son dövrlər qalmaqallı məlumatlar ortaya çıxaran “Mediapart” portalı Müəmmər Qəddafinin Fransa tərəfindən sona satılan yüksək texnologiyalı bir avtomobillə qaçdığı barədə xəbər yayıb. Bu avtomobil yüksək texnologiyaya sahib olduğu üçün Fransa prezidenti Nikolya Sarkozinin və Fransa Nazirlər Kabinetinin xüsusi icazəsi ilə 2008-ci ildə satılıb. Müəmmər Qəddafi avtomobili 4 milyon avroya alıb. Avtomobil hər cür radiosiqnalı və uzaqdan idarə edilən bombanı zərərsizləşdirməyə qadirdir. Bu avtomobil 2 min təhdidi birdən dəf edə bilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!