17 Sentyabr, 2011
Azərbaycan ordusunda yeni silah

Silahlı taktik pilotsuz uçuş aparat; istehsal olunacaq

Yaxın bir neçə il ərzində Azərbaycan Silahlı Qüvvələrinin inventarına silahlı taktik pilotsuz uçuş aparatları daxil ediləcək.

Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Döyüş əməliyyatları ərazilərində düşmən obyektlərinin məhv edilməsi və digər məqsədləri yerinə yetirəcək bu aparatların yerli müəssisələrdə istehsal edilməsi planlaşdırılır. Artıq bununla bağlı Müdafiə Sənayesi Nazirliyinin (MSN) «Azad Systems Co» şirkətində müvafiq işlərə də başlanıb.


Bu ilin sonuna qədər isə MSN tərəfindən 60 ədəd (16 komplekt) «Orbiter» tipli kiçik və «Aerostar» tipli taktik pilotsuz uçuş aparatının istehsal edilərək Silahlı Qüvvələrə təhvil verilməsi nəzərdə tutulur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!