17 Sentyabr, 2011
Nizamiyə həsr olunan elmi konfrans

Tədbir Gəncədə olacaq

2011-ci ilin oktyabr ayında Azərbaycan Milli Elmlər Akademiyası(AMEA) Gəncə Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə Gəncədə dahi söz ustadı, mütəfəkkir və filosof Nizami Gəncəvinin anadan olmasının 870-ci ildönümü münasibətilə “Nizami 870” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.


Simsar.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 3 gün davam edəcək konfransda iştirak etmək istəyənlər 10 oktyabr 2011-ci il tarixədək məqalə və tezislərini AMEA Gəncə Regional Elmi Mərkəzinə təqdim edə bilərlər.


Qeyd edək ki, konfransın materialları kitabça şəklində çap olunacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!