17 Sentyabr, 2011
Prezident “İcbari sığortalar haqqında” fərman imzaladı

İlham Əliyev “İcbari sığortalar haqqında” qanunun tətbiqi haqqında fərman imzalayıb.

Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İcbari sığortalar haqqında” qanuna uyğunlaşdırılmasına dair təkliflərini prezidentə təqdim etmək, Nazirlər Kabinetinin aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə prezidentə məlumat vermək, müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə prezidentə məlumat vermək, həmin qanunda nəzərdə tutulmuş icbari sığorta etdirilməli olan dövlət əmlakının siyahısını müəyyən etmək və bu barədə prezidentə məlumat vermək, qanunda nəzərdə tutulmuş ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi qaydasını müəyyən etmək və bu barədə prezidentə məlumat vermək, eləcə də qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Fərmanda Ədliyyə və Maliyyə nazirliklərinə də qanunun tətbiqi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!