16 Sentyabr, 2011
Nuşirəvan Məhərrəmli Əbülfəz Qarayevin fəaliyyətindən narazıdır

Söhbət televiziya filmlərindən gedir

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Mədəniyyət və Turizm Nazirliyinin çəkdiyi milli filmlərlə bağlı narazılığını bildirib.

Simsar.az-ın məlumatına görə, N.Məhərrəmli bu filmlərin yerli telekanallarda nümayiş etdirilməməsinin mənfi hal olduğunu deyib: “Hər il ölkə büdcəsindən nazirliyə milli filmlərin çəkilişi üçün vəsait ayrılır. Lakin bu filmlər yerli kanalların efirində nümayiş olunmur. Bu, çox mənfi haldır”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!