16 Sentyabr, 2011
Azərbaycan tarixi yenidən yazılacaq

Artıq layihə təsdiqlənib

Azərbaycan tarixinin yenidən yazılması ilə bağlı layihə artıq müsabiqədən keçib və bir ayadək bununla bağlı müvafiq konsepsiya hazır olacaq. Bunu Simsar.az-aAzərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov bildirib.

"Konsepsiya hazır olandan sonra Azərbaycan tarixi ilə bağlı 3 cildlik kitab çap ediləcək", - Mahmudov deyib.

Onun sözlərinə görə, nəşrdə təkcə hazırkı Azərbaycan Respublikası ərazisi deyil, bütün Azərbaycan torpaqlarının - Dərbənd, Borçalı, indiki Ermənistan ərazisi, Cənubi Azərbaycanın tarixindən bəhs ediləcək.

"Azərbaycan tarixi əsaslı şəkildə, məqsədyönlü təhrif edilib. Tarixin dövrləşdirilməsi, ayrı-ayrı səhifələri saxtalaşdırılıb və müxtəlif yerlərdən olan diktə əsasında yazılıb", - Tarix İnstitutunun direktoru vurğulayıb.

Onun sözlərinə görə, yeni nəşr üzərində 3-4 il ərzində iş aparılacaq.

Azərbaycan tarixi haqqında yeni nəşr Azərbaycan, ingilis və rus dillərində hazılanacaq. Hazırda prosesə hazırlıq məqsədilə dünyanın bütün yerlərindən sənədlər toplanır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!