16 Sentyabr, 2011
Azərbaycan Türkiyəyə nə vaxt qaz emal edəcək?

Natiq Əliyev vaxt dedi

Azərbaycanla Türkiyə arasında qaz tranzitinə dair saziş yaxın gələcəkdə imzalanacaq. APA-nın “Reuters”ə istinadən yaydığı məlumata görə, bu açıqlamanı jurnalistlərə Parisdə səfərdə olan sənaye və energetika naziri Natiq Əliyev verib.

“Biz sənədi imzalamağa çox yaxınıq. Bəzi xırda məsələlər qalıb, bunlar tranzitin özü ilə deyil, xərclərlə bağlıdır. Həmçinin tranzitin qiyməti ilə bağlı da danışıqlar aparılmalıdır. Biz Türkiyəyə nəql olunacaq qazın həcmi ilə razıyıq. Məhz buna görə də bəzi məsələləri hələ razılaşdırmaq lazımdır”.
Natiq Əliyev sazişin sentyabrın sonu, oktyabrın əvvəllərində imzalanmasının planlaşdırıldığını deyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!