16 Sentyabr, 2011
Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalı

Musiqi günü ilə bağlı tədbirlər planı hazırlanıb

Sentyabrın 18-dən 30-dək Bakıda Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Bu barədə simsar.az-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Festival Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında Heydər Əliyev Fondunun dəstəyi və Nazirliyin təşkilatçılığı ilə keçirilir.

Festivalda Rusiya, Böyük Britaniya, ABŞ, Avstriya, Çənubi Koreya, Macarıstan, Almaniyadan tanınmış musiqiçilər və kollektivlər – Yekaterinburq Opera və Balet Teatrı, “Ferens List”, “Veritas”, Vyana kamera orkestrləri, Yeva Tebbe, Yekaterina Levental, Je Xay Li, Aleksandr Melnikov, Karolin Vidman və başqaları iştirak edəcəklər.

Festival çərçivəsində Bakı Musiqi Akademiyasının qarşısında, Ü.Hacıbəylinin ev muzeyində, Dövlət Filarmoniyasında, Akademik Opera və Balet Teatrında, Milli Kitabxanada, İncəsənət Muzeyində tədbirlər düzənlənəcək. Həmçinin Beynəlxalq Musiqi Festivalının açılışı nəzərdə tutulur.

Arifə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!