16 Sentyabr, 2011
Bakıda forum keçirilir

Mühasiblər və auiditorlar bir arada

Bu gün Bakıda “Şəffaflığın artırılması, beynəlxalq maliyyə hesabatları və audit standartların tətbiqi problemləri“ mövzusunda Avropanın və Asiyanın bir çox ölkələrinin nüfuzlu qurumlarının nümayəndələrinin iştirakı ilə Mühasiblərin və Auditorların III Avrasiya beynəlxalq forumu keçirilir.

Simsar.az xəbər verir ki, Auditorlar Palatası, Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının birgə təşkil etdiyi forumda əsas mövzu ətrafında məruzələr dinlənilir, əsasən şəffaflığın artırılmasında beynəlxalq maliyyə hesabatı və audit standartların tətbiqi və inkişafı məsələləri üzrə müzakirələr aparılır, mövcud problemlər təhlil edilir.

Tədbirdə 16 ölkənin – Beynəlxalq Mühasiblər Federasiyası ( IFAC), Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA),o cümlədən Vergilər Nazirliyi, İqtisadi İnkişaf Naziriyi, Dövlət Neft Şirkəti , Dövlət Sosial Müdafiə Fondunun və digər qurumarın nümayəndələri iştirak edir. Tədbir sabah başa çatacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!