15 Sentyabr, 2011
İSRAİLDƏN TÜRKİYƏYƏ FİLM JESTİ

Viva 2 kanalı "Menekşe ile Halil" türk filmini yayımlamağa başladı 

Türkiyə ilə münasibətləri gərginləşən İsrailin populyar telekanallarından biri Viva 2 kanalı "Menekşe ile Halil" adlı türk filminin yayımına başlayıb. Türk dilində efirə gedən filmdə alt yazı yəhudi dilindədi.

Baş rolları Kıvanç Tatlıtuğ ilə Sedef Avcının oynadığı "Menekşe ve Halil"in ilk bölümü ölkədə böyük heyranlıqla qarşılanıb.

Tamaşaçılar bunu siyasi jest kimi qiymətləndirsələr də, kanal rəhbərliyi "Bu bir sənətdir. Bunun politikayla kəsinliklə qarışdırmayın" deyə açıqlama verib.

SİMSAR

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!