15 Sentyabr, 2011
27 ana doğuş zamanı ölüb

Səhiyyə nazirinin müavini deyir ki, ölüm halları azalıb

APA-nnı məlumatına görə bu barədə jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsəvər Ağayev bildirib. Nazir müavini qeyd edib ki, Azərbaycanda ana və uşaq ölümünün sayı azalıb: “Ana ölümündə həkimin səhvinin olduğu hallar da olur. Bu zaman cəzalandırma tədbirləri müxtəlif olur. Həkim üçün ən ağır cəzalardan biri onun işdən uzaqlaşdırılması və yaxud iş yerinin dəyişdirilməsi, töhmət verilməsi, inzibati cəza tədbirlərinin görülməsidir”.

E. Ağayev bildirib ki, 100 min doğuşa ana ölümü göstəricisi təxminən 15-dən bir qədər artıqdır: “Bu il 27 ana ölümü hadisəsi olub. Bu da respublika üçün böyük rəqəm deyil. Amma hər halda bu da bizi narahat edir və azaldılması istiqamətində mütəmadi işlər aparılır”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!