15 Sentyabr, 2011
Moskvada Müslüm Maqomayevin abidəsi açılır

Bu gün Moskvada SSRİ xalq artisti, Azərbaycanın görkəmli musiqiçisi Müslüm Maqomayevin abidəsinin açılışı olacaq.

Milli.Az xəbər portalının RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, abidə Moskvanın mərkəzində ucaldılıb. "Abidəni heykəltəraş, Rusiyanın xalq rəssamı Aleksandr Rukavişnikov və əməkdar memar İqor Voskreseniki hazırlayıblar", - deyə məlumatda bildirilir.

Abidənin təntənəli açılış mərasimində Moskva hökumətinin nümayəndələri, Moskva Dövlət Dumasının təmsilçiləri, ziyalılar, ictimai təşkilatların təmsilçiləri və Moskva sakinləri iştirak edəcəklər.

Xatırladaq ki, dahi musiqiçi M.Maqomayev 2008-ci ilin oktyabrında 67 yaşında dünyasını dəyişib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!