15 Sentyabr, 2011
YENİ QƏSƏBƏ GƏLƏN AY İSTİFADƏYƏ VERİLƏCƏK

Qəsəbə bu ilin oktyabr ayında istifadəyə veriləcək.

Qəsəbənin tikinti işləri üzrə müdiri Səxavət Kərimovun sözlərinə görə, burada 2, 3 və 4 otaqdan ibarət 189 fərdi yaşayış evi tikilib. Bundan əlavə, güləzililər üçün nəzərdə tutulan qəsəbədə 250 yerlik orta məktəb binası, uşaq bağçası, klub, kitabxana, tibb məntəqəsi, istirahət parkı, bayraq meydanı, ATS və poçt şöbələri inşa olunub. 

Qeyd edək ki, yeni salınan qəsəbə Quba rayonununun Aşağı Atuc kəndinin yaxınlığında, Qusarçayının sağ sahilində yerləşir. İl ərzində Qusarçayın bol sululuğu nəzərə alınaraq, ərazidə sahilbərkitmə işləri aparılır./

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!