14 Sentyabr, 2011
TƏHSİL NAZİRLİYİNDƏ YOXSA, TƏHSİL İDARƏSİNDƏ MÜAVİNLƏR İŞDƏN ÇIXARILIB?

Simsar.az fərqli məlumat əldə edib

Mətbuatda gedən məlumatlara görə, prezident İlham Əliyev təhsil naziri Misir Mərdanovun vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. Misir Mərdanovla yanaşı onun 3 müavini də vəzifəsindən çıxarıldığına dair məlumat var.

Etibarlı mənbədən Simsar.az-a daxil olan məlumatda isə bildirilir ki, təhsil nazirini deyil, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müavinlər vəzifələrindən azad ediliblər.

Məlumatı dəqiqləşdirmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı ilə əlaqə saxladıq. Məlumatları təkzib edən Z.Əliqızı qeyd etdi ki, müavinlərin hamısı yerindədir.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!