14 Sentyabr, 2011
MOLDOVANIN SƏHİYYƏ NAZİRİ AZƏRBAYCAN SƏHİYYƏSİNİN VƏZİYYƏTİNDƏN DANIŞDI – EKSKLÜZİV – FOTOSESSİYA

Andrey Usatiy azərbaycanlı mütəxəssislərin maliyyə problemi ilə üzləşməsindən təəssüflənib

Xəbər verdiyimiz kimi, Simsar.az-ın əməkdaşları Moldovanın Azərbaycandakı səfirliyini ziyarət edib. Maraqlı müsahibələr sayt əməkdaşları Moldovanın səhiyyə naziri ilə də görüşüblər.

Bakıda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının 61-ci sessiyasında iştirak edən Moldova səhiyyə naziri Andrey Usatiydan götürdüyümüz ekslüziv açıqlamanı diqqətinizə çatdırırıq.


Moldaviyanın səhiyyə naziri Andrey Usatiy Ümumdünya Səhiyyə Təşkilatının 61-ci sessiyası ilə bağlı təəssüratlarını bölüşdü: “Dünən Ümumdünya Səhiyyə Təşkilatının 61-ci sessiyasının rəsmi açılşı oldu. 80 ölkənin səhiyyə nazirlikləri və nümayəndələri səhiyyə sahəsində müzakirələr üçün dəvət olunublar. 61-ci sessiyada ilk olaraq, Azərbaycan prezidenti İlham Əliyev çıxış etdi və çıxış zamanı vurğuladı ki, ölkəniz iqtisadi baxımdan daha da güclənir, bu da kasıb təbəqənin azalması deməkdir. Bildirdi ki, səhiyyə sahəsində də inkişaf gedir, amma buna baxmayaraq, səhiyyə sisteminin tibbi bazası o qədər də möhkəm deyil. Ona görə təəssüflənirəm ki, ölkənizin mütəxəsisləri sərhəddən kənarda, əcnəbi ölkələrdə təcrübə keçmələri, təhsil almaları üçün maliyyə problemi ilə qarşılaşırlar. Onu da bildirim ki, nə Avropanın özündə, nə də digər ölkələrdə tam pulsuz tibbi xidməti dövlət 100 faiz öz üzərinə götürmür”.

A.Usatiy sessiya zamanı 80 ölkə üçün ən vacib xəstəliklərin müalicəsinin müzakirə olunduğunu qeyd etdi: “Bu xəstəliklər vərəm və spidddir. Şənbə və bazar günləri 80 ölkə üçün daha təhlükəli olan bu suallar üzərində qarşılıqlı müzakirələrimiz oldu. Biz həmçinin sessiya zamanı 80 ölkə üçün labüd olan strategiyadan da danışdıq. Bu strategiyaya müharibələr və digər hadisələr zamanı yayılan infeksiya xəstəliklərinin qarşısının alınması, əlillərə yardım və digər çətinliklər barədədir. Həmçinin bura sosial və maliyyə problemlərinin müzakirəsi də aiddir”.


Aynurə Həsənova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!