14 Sentyabr, 2011
Türkiyə səfirliyi 15 sentyabrı qeyd edəcək

Türkiyə səfirliyi sabah bu münasibətlə mərasim keçirəcək

Türkiyə səfirliyi sentyabrın 15-də Bakının Qafqaz İslam ordusu tərəfindən azad olunmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirəcək. Bu barədə səfirlikdən daxil olmuş press-relizdə bildirilir.


Qeyd olunur ki, səfirliyin hərbi attaşesinin təşkil etdiyi tədbir saat 11-də Türk şəhidliyini ziyarətlə başlayacaq, daha sonra səfirliyin binasındakı Nuru Paşa salonunda davam etdiriləcək.

Türkiyə səfirliyinin mətbuat müşavirliyinin verdiyi məlumata görə, saat 12.30-da Bakı Dövlət Universitetinin professoru, millət vəkili Musa Gasımlı həmin tarixi hadisəyə dair çıxış edəcək, TRT-nin Bakı nümayəndəliyinin yeni hazırladığı sənədli film nümayiş olunacaq.

Səfirlikdəki mərasimi izləmək istəyən mətbuat mənsubları bu gün saat 18.00-ə qədər Türkiyə səfirliyinin mətbuat müşavirliyinə (tel:441 39 26) müraciət etməlidirlər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!