13 Sentyabr, 2011
STOMATOLOJO KLİNİKALAR HEPATİT MƏNBƏYİNƏ ÇEVRİLİB

Stomatoloji Assosiasiyasının prezidenti həyacan təəbili çaldı

Azərbaycanda bəzi stomatoloji klinikalar hepatit və digər yoluxucu xəstəliklərin yayılmasına səbəb olur. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə açıqlamasında Azərbaycan Stomatoloji Assosiasiyasının prezidenti Rəna Əliyeva bildirib.

Onun sözlərinə görə, paytaxtda və regionlarda standartlara cavab verməyən klinikalar açılır ki, bunun da fəsadları ağır olur.

"Stomatoloji klinikaların açılması və fəaliyyət göstərməsi, ağız boşluğuna qulluqla bağlı dünyada qəbul olunmuş normalar və qətnamələr var. İşlər də gərək həmin normalara uyğun aparılsın", - Əliyeva deyib.

O, pasiyentlərin maarifləndirilməsinin vacib olduğunu qeyd edib.

"Pasiyentlər hər hansı bir klinikaya gedərkən həmin klinikanın sertifikatının olması, klinikanın işinin standartlara uyğun şəkildə qurulması ilə maraqlanmalıdırlar" - assosiasiya prezidenti əlavə edib.

Əliyeva ümid etdiyini bildirib ki, aidiyyəti qurumlar bu məsələyə ciddi yanaşacaqlar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!