13 Sentyabr, 2011
AZƏRBAYCAN POLİSİ GEYİMİNİ DƏYİŞİR

Yeni aormada polis daha hümanist görünəcək

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsviri”ndə dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb.


APA-nın məlumatına görə, sərəncama əsasən, Azərbaycan prezidentinin 2006-cı il 12 iyun tarixli 1499 nömrəli sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, №6, maddə 515, №7 maddə 622) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsviri”ndə dəyişikliklər edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!