9 Sentyabr, 2011
TÜRKİYƏ İSRAİLƏ VAXT VERDİ

6 PİLOTSUZ TƏYYARƏ QAYTARILSIN

Türkiyə mətbuatının yazdığına görə, Baş nazir Rəcəb Tayyib Ərdoğan 6 pilotsuz təyyarənin geri qaytarılması üçün İsrailə vaxt verib.

Simsar.az-ın “Cihan”a istinadən verdiyi xəbərə görə, Ərdoğan Lüksemburqun Baş naziri Jean Claud Junker ilə görüşdən sonra mətbuat konfransı keçirib. Jurnalistlərin gündəmlə bağlı suallarına cavab verən Baş nazir Ərdoğan İsrailin pilotsuz təyyarələrin qaytarılması ilə bağlı sualları cavablandırıb.

O, İsrailə texniki baxış üçün göndərilən 6 pilotsuz təyyarənin qaytarılması məsələsində inamını itirmədiyini söyləyib: "Təyyarələr verilən tarixdə yoxlanıb qaytarılmayıb. Təyyarələrimiz oradadır. 6 pilotsuz təyyarənin qaytarılması lazımdır. Bunların hamısının pulu ödənilib. Ticarətdə əxlaq məsələsinə çox böyük əhəmiyyət veririk. İnanırıq ki, qaytarılacaq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!