8 Sentyabr, 2011
Hava xəbərdarlığı

Sentyabrın 9-da meteohəssas insanlar ehtiyatlı olsun

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti tibbi-meteoroloji proqnozu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, sentyabrın 9-da Abşeron yarımadasında atmosfer təzyiqinin normadan aşağı olması və gilavar küləyinin üstünlüyü, sentyabrın 10-da atmosfer təzyiqinin kəskin yüksəlməsi və günün ikinci yarısından xəzri küləyinin güclənməsi əksər meteohəssas insanlar üçün əlverişsizdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!