8 Sentyabr, 2011
Jurnalistlərin həmrəylik günü

Bu gün 1958-ci ildən qeyd olunur

1958-ci ilin may ayında Buxarestdə keçirilən Beynəlxalq Jurnalistlər Təşkilatının IV konqresində qəbul edilən qərara əsasən, bu gün Jurnalistlərin Beynəlxalq Həmrəyliyi günü kimi qeyd olunur. Hər ilin 8 sentyabrına təsadüf edən jurnalistlərin həmrəyliyi günü çex jurnalisti Yulius Fuçikenin xatirəsinə təsis olunub.

Yuliuse Fuçik hələ gənc yaşlarından siyasətlə məşğul olub. O, 1921-ci ildə Çexoslavakiya Kommunist partiyasının əsasını qoyanlardan biridir. 1941-ci ildə Fuçik partiyanın gizli idarə heyyətinin üzvü seçilib. 1942-ci il 24 Apreldə o, gestapo tərəfindən həbs edilib. 1943-cü il 8 Sentyabrda hitlerçilər Yulius Fuçiki qətlə yetirib.

Aynurə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!