7 Sentyabr, 2011
Afinada minarə qadağası

Məsçid olar, minarə yox

Yunanıstan Parlamenti Afinada məscid tikilməsi qərarını təsdiqləyib, ancaq minarəyə icazə verməyib.

Simsar.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Yunanıstan parlamenti bugünkü iclasında Afinada məscid tikilməsi qərarını təsdiqləyib. Lakin məMəscidin tikilməsini təsdiq edən parlament minarənin qoyulmasına icazə verməyib.

Ümumiyyətlə, Afinada 350 nəfərlik məscid tikiləcək. Yunanıstandakı müsəlmanlar 500 nəfərlik məscidin tikilməsi üçün müraciət etmişdi, ancaq parlamentdə keçirilən iclasda məscidin 350 nəfərlik olması qərarlaşdırılıb.

Xatırladaq ki, Afina Avropada məscid olmayan yeganə paytaxtdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!