7 Sentyabr, 2011
İLYAS İSMAYILOVUN OĞLUNA DAHA BİR ZƏRBƏ

Etimad İsmayılovu Vəkillər Kollegiyasından çıxarmağa hazırlaşırlar 

Bu gün Səbail Rayon Məhkəməsində Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılovun oğlu Etimad İsmayılovun Vəkillər Kollegiyasından çıxarılması barədə olan iddia əsasında məhkəmənin hazırlıq iclası keçirilib.

Səbail Rayon Məhkəməsindən APA-ya verilən xəbərə görə, prosesdə məhkəmə baxışı oktyabrın 17-nə təyin olunub.

Qeyd edək ki, Vəkillər Kollegiyası iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, E.İsmayılovun 2009-cu ildən üzvlük haqqını ödəmədiyini və buna görə vəkilliyinə xitam verilməsini istəyib.

Xatırladaq ki, E. İsmayılov 2008-ci ildə Rusiyada həbs olunub. Buna görə də Vəkillər Kollegiyasına üzvlük haqqını ödəyə bilməyib. O, bu il avqustun 16-da azadlığa buraxılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!