7 Sentyabr, 2011
“MƏŞƏDİ ƏZİZBƏYOV” METROSTANSİYASI MÜVƏQQƏTİ BAĞLANACAQ

Stansiya yenidən qurulur

Bu ilin sonunda “Məşədi Əzizbəyov” stansiyası müvəqqəti bağlanacaq.Dekabr ayının ortalarında “Məşədi Əzizbəyov” stansiyanın çıxışlarının 1 həftə, 10 gün müddətinə bağlanması zərurəti də yaranacaq. Metropolitenin şöbə rəisi Samit Abbasovun məlumatına görə, stansiyanın giriş-çıxışı bağlı qalan vaxt qatarlar tranzit olaraq, yəni stansiyada dayanmadan hərəkət edəcək.

Bu yerdə qeyd etmək yerinə düşərdi ki, “Məşədi əzizbəyov” stansiyası Bakı kənd və qəsəbələrindən gələn əhalinin daha çox istifadə etdiyi stansiyadır. Bağlı qalacağı təqdirdə, gərginlik digər stansiyaların, o cümlədən “Qara Qarayev” stansiyasının üzərinə düşəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!