7 Sentyabr, 2011
Yaşayış üçün əlverişli planet tapıldı

Yaşamaq üçün əlverişli planet tapılıb.

Simsar.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, “HD 85512 b” adı verilən bu planet Vela qalaktikasında, Yer kürəsindən 36 işıq ili məsafəsində yerləşir. 

Alimlər Çilidəki rəsədxanada aparılan müşahidə zamanı bu kəşfə imza atıblar. “HD 85512” planetinin kütləsi Yer kürəsindən 3,6 dəfə çoxdur, üzərindəki havanın orta temperaturu isə 24,85 dərəcədir. Üzərində su olduğu ehtimal olunan planetin ən azı 1 milyard il yaşı var.

Əgər bu planetin üzərində həddən artıq isinmənin qarşısını alacaq yetərli sayda bulud da müşahidə olunarsa, alimlər birmənalı olaraq bu planetin yaşayış üçün əlverişli olduğu qənaətinə gələcəklər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!