6 Sentyabr, 2011
Misir Mərdanovun şikayəti eşidildi

Nazirlər kabineti müəllimlərin və həkimlərin maaşlarının qalxması barədə qərar verdi

Prezident İlham Əliyevin bu ilin aprelində imzaladığı sərəncama müvafiq olaraq dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması başa çatdırılıb.
 Nazirlər Kabinetindən Simsar.az saytına verilən məlumata görə, təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsi yaxın günlərdə Prezidentə təqdim ediləcək. 

Nazirlər Kabinetindən onu da bildiblər ki, sözügedən sənəd təsdiqlənəndən sonra müəlimlərin və həkimlərin maaşları da artırılacaq. Hazırda Maliyyə Nazirliyi məvaciblərin artırılması ilə bağlı imkanları araşdırır.

Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması barədə sərəncamı bu il aprelin 20-də imzalayıb. Sərəncamla Nazirlər Kabinetinə tapşırılıb ki, dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

"Müəyyən edilsin ki, bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş işin dövlət qulluğunun xüsusi növünə aid edilməsi, təhsil və səhiyyə müəssisələrinin növü və xüsusiyyətləri nəzərə alınmaqla, mərhələlərlə həyata keçirilir"-deyə sərəncamda qeyd edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!