5 Sentyabr, 2011
BAKI METROSUNDA DƏHŞƏTLİ FACİƏ YAŞANACAQDI

Son anda qatarı saxlaya bildi

 

Bu gün səhər saatlarında Bakı metrosunda həyəcanlı anlar yaşanıb. Hadisə şahidlərinin Simsar.az-a verdiyi məlumata görə, metronun “Nərimanov” stansiyasında görmə qabiliyyətini itirmiş şəxs relslərin üstünə yıxılıb. Dərhal platformada olan daha bir mülki geyimli şəxs yıxılan şəxsi xilas etmək üçün qatarların hərəkət zolağına tullanıb. Bu zaman isə qatar metro xəttinin tunelindən stansiyaya doğru irəliləyib. Metropolitendə hərəkətə nəzarət edən qadının xüsusi alətlə verdiyi işarələrdən sonra qatar relslər üstündə donub qalmış iki nəfərə 15-20 metr qalmış dayanıb.

Hadisəni izləyən insanlarda dərin həyəcan yaradan anlardan sonra hər iki şəxs qatarın hərəkət zolağından çıxarılıb.

Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsindən Lent.az-a həmin şəxslərin adlarını açıqlaya bilməyəcəklərini dedilər. O da bildirildi ki, hadisə zamanı yıxılan şəxs gözdən əlildir. Onu xilas etməyə tullanan nəfər isə polis işçisi olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!