3 Sentyabr, 2011
17 min təhsil işçisi işdən çıxarılacaq

"Bu işi ona görə edirik ki, yeni kadr, yeni nəfəs gəlsin"

Azərbaycanda orta məktəblərdə çalışan yaşı 65-dən yuxarı olan təhsil işçilərinin işdən çıxarılmasına başlanıb. Simsar.az-ın məlumatına görə, bu barədə jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib. Onun sözlərinə görə, təxminən 17 min təhsil işçisinin işdən azad olunması gözlənilir.

"Bu prosesi bir günün içərisində həll etmək fikrində deyilik. Zaman gəldikcə, bunu həyata keçirəcəyik", - Mərdanov deyib.

Nazir əlavə edib ki, yaşı 65-dən yuxarı olan işçilərin işdən çıxarılması nəticəsində kadr problemi yaranarsa, bu prosesi müvəqqəti olaraq dayandırmalı olacaqlar.

Mərdanovun sözlərinə görə, bu addım yalnız təhsilə yeni kadrların cəlb olunmasına xidmət edir.
"Bu işi ona görə edirik ki, təhsilə yeni nəfəs, yeni kadr gəlsin. Ona görə də bu işi ağılla, tələsmədən görmək lazımdır. Hamını işdən çıxarmaqla bir şey qazana bilmərik", - nazir qeyd edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!