3 Sentyabr, 2011
ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ BURAXILIŞ İMTAHANLARI BAŞLAYIB

Mərkəzləşdirilmiş qaydada imtahanlar sentyabrın 9-dək rayonlarda, sentyabrın 10-da isə Bakıda aparılacaq

Sentyabrın 2-də ölkəmizin ümumtəhsil məktəblərində payız buraxılış imtahanları başlanıb. Təhsil Nazirliyindən AzərTAc-a bildiriblər ki, 2010-2011-ci dərs ilində respublikanın bütün ümumtəhsil məktəblərində (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) və peşə liseylərində ümumi orta təhsil səviyyəsi üzrə payız buraxılış imtahanları sentyabrın 10-dək davam edəcək.

Mərkəzləşdirilmiş qaydada imtahanlar sentyabrın 9-dək rayonlarda, sentyabrın 10-da isə Bakıda aparılacaq.

Məcburi köçkün rayonlarının ümumtəhsil məktəblərində buraxılış imtahanının onların məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün müəyyənləşdirilmiş tarixlərdə keçirilməsi nəzərdə tutulub.

Ümumi orta təhsil səviyyəsi üzrə payız imtahanları verən şagirdin imtahan qiymətləri imtahan fənləri üzrə şəhadətnaməsinə yazılacaq yekun qiymət hesab olunacaq və həmin şagirdlər haqqında müvafiq baza məlumatlarının toplanması həyata keçiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!