2 Sentyabr, 2011
"Peşə təhsili haqqında" qanun layihəsi hazırlanacaq

Bu məqsədlə Avropa Təhsil Fondunun mьtəxəssisləri Azərbaycana gələcəklər

Azərbaycanda "Peşə təhsili haqqında" qanun layihəsi hazırlanacaq. Bunu Trend-ə Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov deyib.

Onun sözlərinə görə, bu məqsədlə bu yaxınlarda Avropa Təhsil Fondunun mütəxəssisləri Azərbaycana gələcəklər.

Qanun layihəsi beynəlxalq ekspertlərin tövsiyəsi ilə hazırlanır. Beynəlxalq ekspertlərlə birgə hazırlanması nəzərdə tutulan qanun layihəsində "Təhsil haqqında" qanunda əks olunan məsələlər, peşə təhsili müəssisələrinə qəbul qaydaları, yaş həddi, idarəetmə ilə əlaqədar məsələlər öz əksini tapacaq.

Hazırda Təhsil Nazirliyinin tabeliyində 108 peşə təhsili müəssisəsi fəaliyyət göstərir. Onların 47-i peşə liseyi, 1-i peşə tədris mərkəzi, 60-ı peşə məktəbidir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!