2 Sentyabr, 2011
İpoteka vermək üçün məbləğ artırılıb

Əvvəl 14 milyon idi, indi 14,2 milyondu 

Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə güzəştli kreditlərin verilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait artırılıb.

 Simsar.az-ın məlumatına görə, bu barədə AİF-in 8 aylıq hesabatında bildirilir.

Fondun məlumatlarına görə, bu ilin yanvar-avqust aylarında dövlət büdcəsindən ipoteka kreditlərinin verilməsi üçün 14,2 mln. manat ayrılıb. Xatırladaq ki, bu il büdcədən həmin məqsədlər üçün ümumilikdə 14 mln. manatın ayrılması planlaşdırılırdı. Amma artıq ilk 8 ayda bu hədd keçilib. Qeyd edək ki, Azərbaycanda büdcədən sosial ipoteka məqsədilə ayrılan vəsaitin həcmi artırılacağı gözlənilirdi. Azərbaycan Mərkəzi Bankının sədr müavini Aftandil Babayev «APA-ECONOMICS»ə bildirmişdi ki, büdcəyə dəyişikliklər ediləndə AMB də bu sahəyə ayrılan vəsaitin artırılmasını təklif edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!