2 Sentyabr, 2011
Hava küləkli olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, sentyabrın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu, yağmursuz keçəcəyi gözlənilir. 

Gündüz mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 30-35 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarına gəlincə, sentyabrın 2-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, mülayim şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 30-35 dərəcə, dağlarda gecə 9-14 dərəcə, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Milli Hidrometeorologiya Departamenti tibbi-meteoroloji proqnozu da açıqlayıb. Yaxın 3 gün ərzində Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!