1 Sentyabr, 2011
ALİMLƏRİN VƏ ELMİ İŞÇİLƏRİN ATTESTASİYASI APARILACAQ

Azərbaycanda alimlərin və elmi işçilərin attestasiyası aparılacaq

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti Arif Həşimov məlumat verib. O bildirib ki, Elmin İnkişafı üzrə Milli Strategiyanın tədbirlər planında attestasiya işinin təkmilləşdirilməsi ilə bağlı bənd nəzərdə tutulub. Hazırda AMEA-da elmi işçilərin və alimlərin attestasiyasının əsasnaməsi hazırlanır.

A. Həşimov deyib ki, alimlərin attestasiyasının keçirilməsi üçün ilk əvvəl “Elm haqqında” qanun qəbul olunmalıdır. Bununla yanaşı, “İntellektual mülkiyyətin qorunması haqqında” qanun da gərəklidir: “Bundan sonra elmi işçilərin attestasiyası keçirilə bilər. Doktoranturada təhsil alanların illik attestasiyası isə qəbul qaydalarında öz əksini tapıb”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!