1 Sentyabr, 2011
Oyun sentyabrın 10-da olacaq

“Xəzər Lənkəran” – “Neftçi” matçının vaxtı dəyişdi

Futbol üzrə Unibank Premyer Liqasında son illərin ən prinsipial rəqibləri sayılan “Xəzər Lənkəran”la “Neftçi” arasında V tura təsadüf edəcək oyunun tarixi dəyişdirilib.

Simsar.az-ın Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş sentyabrın 11-də yox, sentyabrın 10-da baş tutacaq. 

Bu qərar oyunun canlı yayımı və klubların PFL-ə ünvanladıqları qarşılıqlı razılıq məktublarına əsasən verilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!