1 Sentyabr, 2011
İranda nümayişlər davam edəcək

Növbəti aksiyalar sentyabrın 3-də olacaq

Simsar.az-ın Günaz TV-nin inetrnet saytına istinadən əldə etdiyi məlumata görə, aksiyanın keçirilməsinə səbəb avqustun 27-dəki mitinqlərin İran təhlükəsizlik qüvvələri tərəfindən zorakılıqla dağıdılmasıdır. 
Etiraz aksiyasının keçirilməsilə bağlı Təbriz universittelərinin tələbələri, məzunları, Azərbaycanın Milli Qurtuluş Ordusu, Təbrizin Milli Hərəkat fəalları bəyanat yayıblar. Bəyanatda deyilir: “Urmiya gölü ilə bağlı avqustun 27-də keçirilən dinc etiraz yürüşlərinin təhlükəsizlik qüvvələri tərəfindən zorakılığa məruz qalması, bütün azərbaycanlıları qəzəbləndirib.
Rejimin bu antidemokratik davranışını heç bir şəkildə həzm etməyən soydaşlarımız müxtəlif vasitələrlə, etirazçılara qarşı tətbiq olunan şiddəti pisləyb və yeni etirazların həyata keçirilməsinə qərar veriblər.”
Həyata keçiriləcək yeni etiraz yürüşləri Azərbaycanın müxtəlif təşkilatları, qurum və mediası, tanınmış ictimai xadimləri və müxtəlif şəhərlərin Milli Hərəkat fəalları tərəfindən dəstək almaqdadır.
Bəyanatda yürüşlərin davamı vacib sayılıb, xalq sentyabrın 3-də keçiriləcək aksiyalara dəvət olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!