1 Sentyabr, 2011
Bert Foqts xəstələnib

Baş məşqçi mətbuat konfransına gəlmədi

Avro-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 2-də Belçika yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının açıq məşqi keçirilib. Məşq Tofiq Bəhramov adına Respublika stadionunda reallaşıb. Hazırlığın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub.

SalamNews-un verdiyi xəbərə görə, millinin heyətində 6 klubdan oyunçular yer alıb. Bundan əlavə, Rusiyanın “Volqa” komandasından Vaqif Cavadov və Almaniya “Frayburq”undan isə Ufuk Budak iştirak edib. Qapını isə həmişəki kimi Kamran Ağayev qoruyacaq. Ona bu işdə ehtiyat qapıcı “Sumqayıt Şəhər”dən Andriy Popoviç kömək edəcək.

Məşqdən sonra millinin çalışdırıcısı Berti Foqts keçirilən mətbuat konfransına qatılmayıb. Alman çalışdırıcını həmyerlisi və köməkçisi Olaf Yansen əvəzləyib. Alman məşqçi bildirib ki, Berti Foqtsun səhhətində narahatlıq olduğu üçün konfransa gəlməyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!