1 Sentyabr, 2011
PROKURORLUQ SİSTEMİNDƏ KADR DƏYİŞİKLİYİ

Azərbaycanda Prokurorluq sistemində kadr dəyişikliyi olub

Baş Prokurorluğun mətbuat xidmətinın rəhbəri Eldar Sultanov verilən məlumata görə, Baş prokuror Zakir Qaralovun əmri ilə Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Ramiz Rzayev Bakı şəhər prokurorluğunun Müraciətlərə baxılması şöbəsinin böyük prokuroru vəzifəsinə təyin olunub.

Digər bir əmrlə Nizami rayon prokurorunun köməkçisi Günel Əkbərova isə tutduğu vəzifədən azad olunmaqla, ona Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi vəzifəsinin icrası həvalə edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!