29 Avqust, 2011
TÜRKİYƏDƏ NÖVBƏTİ TERROR

Hadisə nəticəsində 1 nəfər ölübç 4 nəfər yaralanıb

Türkiyənin Mardin əyalətindəki Midyat mahalında PKK terrorçularının hücumu nəticəsində bir kənd qoruyucusu həlak olub, 4 nəfər yaralanıb.

CNNTÜRK-ün verdiyi xəbərə görə, kənd qoruyucuları Sarıkaya kəndində keşik çəkməkdən qayıdarkən terrorçuların pusqusuna düşüblər. Yaralı lar Midyat Dövlət Xəstəxanasına çatdırılıblar.


Türkiyə hərbiçiləri bölgəyə hücum edən PKK-çıları zərərləşdirmək məqsədi ilə əməliyyat aparırlar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!