27 Avqust, 2011
Azərbaycan təhsilində uğur

Azərbaycandan 8 şagird beynəlxalq inşa müsabiqəsinin mükafatını qazanıb

ABŞ-ın Azərbaycandakı səfirliyi bu il martın 30-da ingilis dili üzrə keçirilən inşa müsabiqəsinin qaliblərinə mükafatların təqdim olunması münasibəti ilə tədbir keçirib.

Simsar.az-ın məlumatına görə, dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq müsabiqədə 6-11-ci sinif şagirdləri iştirak ediblər. Müsabiqənin təşəbbüskarı ABŞ Sülh Korpusunun nümayəndəsi Kin Qof olub. Azərbaycandan 483 nəfərin qatıldığı müsabiqədə ümumilikdə 4867 iştirakçı ingilis dili bacarığını yoxlamaq imkanı qazanıb. Azərbaycandan 8 nəfər bu müsabiqədə yüksək nəticə göstərərək mükafat qazanıb.

Müsabiqə beynəlxalq statuslu olduğuna görə, münsiflər heyəti də müxtəlif ölkələrin təmsilçilərindən təşkil olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!