27 Avqust, 2011
Sahibkar cərimələndi

O, qanunun tələblərini pozub

Bir müddət əvvəl Abşeron rayonu, Xırdalan qəsəbəsi, H.Əliyev küçəsi, ev 227A ünvanında Müzəffər Poladova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı dondurmaların müvafiq reseptura və gigiyenik sertifikatları olmadan istehsal edilməsi üzə çıxıb. Eyni zamanda məhsulların etiketlərində istehsalçı müəssisə barədə məlumatların göstərilməməsi, dondurmaların laborator müayinədən keçirilmədən satışa çıxarılması səbəbindən bu sahibkar barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

İqtisadi İnkişaf Nazirliyindən SalamNews-a verilən məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılıb və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə Müzəffər Poladova 527 manat maliyyə sanksiyası tətbiq edilib.

Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 137 ünvanında “Dədə Qorqud” Müstəqil Kiçik Müəssisəsinə də 2,9 min manat maliyyə sanksiyası kəsilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!