27 Avqust, 2011
ATƏT müxalifətin vəziyyətindən narahatdır

Qurum Apellyasiya Məhkəməsinə ümid edir

ATƏT-in Bakı Ofisi siyasi fəallar Babək Həsənov, Zülfüqar Eyvazov, Elşən Həsənov, Arif Alışlı, Elnur İsrafilov və Sahib Kərimovun 2 aprel nümayişində iştirakları ilə əlaqədar məhkum olunmasından narahatlıq ifadə edib.

Simsar.az–a ATƏT-in Bakı Ofisinin mətbuat xidmətindən bildirilib ki, təşkilatın nümayəndəsi məhkəmənin gedişini müşahidə edib. 2 aprel aksiyası iştirakçılarının məhkəmə prosesinin şəffaflığına dair narahatlıq doğuran suallar yaranıb.

ATƏT bu işin Apelyasiya Məhkəməsində hərtərəfli baxılacağına ümid etdiyini ifadə edib.

Təşkilat Azərbaycanda məhkəmə islahatları və, toplaşma azadlığı da daxil olmaqla, fundamental hüquq və azadlıqlarının tam həyata keçirilməsini dəstəkləmək üçün Azərbaycan Hökuməti ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!