27 Avqust, 2011
Emin Ağalarov konsertini niyə təxirə saldı

Onun bəstəkarı bu barədə açıqlama verməyib

Son ilin ən uğurlu ifaçılarından biri olan EMİN (Emin Ağalarov) Gürcüstan səfərini təxirə salıb. ANS PRESS-in müğənninin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, ifaçının 29 avqustda Batumidə verəcəyi konsert baş tutmayacaq.

Müğənni və bəstəkarın saytında bu barədə belə məlumat yerləşdirilib: "Sizin nəzərinizə çatdırırıq ki,
Batumi konserti təxirə salınır".

Konsertin təxirə salınmasının səbəbləri barədə məlumat verilmir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!