27 Avqust, 2011
16 MƏRTƏBƏLİK “EUROVİSİON-2012" arenası

Binanın damında helikopter meydançası olacaq

Gələn ilin mayında Azərbaycanın paytaxtı Bakıda keçiriləcək 57-ci “Eurovision” yarışmasının keçirilməsi ilə bağlı daha bir arena layihəsi təqdim edilib. APA-nın “Ogae.az“a istinadən yaydığı xəbərə görə, “ADO-G” Şirkətlər Qrupu “Eurovision-2012” keçirtmək üçün arenanın variantdan birini təqdim edib.

Məlumatda bildirilib ki, şirkət 20 550 nəfərlik arena təklif edir. Amma bu say 25 500 yerə qədər də artırıla da bilər. Ümumi sahəsi 48 864 kv.m olan kompleks 16 mərtəbədən ibarət olacaq və xüsusi dam ilə təchiz olunacaq. Bu damda helikopter meydançası quraşdırılacaq.

Konsert zalı bütün lazımi mühəndis yenilikləri ilə təchiz olunacaq və orada müasir avadanlıqlar, eyni zamanda təmiz akustika olacaq. Sahəsi 3 800 kv.m və hündürlüyü 30 m olan səhnədə bütün müasir pirotexnik avadanlıqları, modernləşdirilmiş işıq və səhnə qurğularını yerləşdirmək mümkün olacaq.

Qeyd edək ki, Azərbaycanda “Eurovision-2012” müsabiqəsinin baş tutacağı arenanın tikintisi ilə bağlı tenderi Avstriya-İsveçrə şirkəti qazanıb. Arenanın tikintisi ilə bağlı artıq Bayraq Meydanı tərəfdən dənizə doğru hissədə iş gedir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!