27 Avqust, 2011
"Tvitter" Azərbaycan dilində olacaq

Hazırda servis 12 dildədi

Simsar.az «Barkamp» təşkilatına istinadən verdiyi məlumata görə, «Twitter»in Azərbaycan dilinə uyğunlaşdırılması məsələsi «Barkamp» təşkilatının nümayəndələri və «Twitter»in rəhbərliyi arasında San-Fransiskoda müzakirə olub. «Twitter» rəhbərliyi servisin Azərbaycan dilinə tərcüməsinə hazır olduğunu bildirib. Bu istiqamətdə işlər yaxın bir neçə ay ərzində başa çatdırılacaq.

Qeyd edək ki, hazırda servis rəsmən 12 dili dəstəkləyir (İndoneziya, alman, ingilis, ispan, fransız, italyan, holland, portuqal, türk, rus, yapon və Koreya).

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!