27 Avqust, 2011
PKK “QƏDR” GECƏSİ MƏSCİDƏ BOMBA ATDI

Partlayışı törədən terrorçular daha sonra polis şöbəsinə qumbaraatanla atəş açıb

Türkiyədə son günlər hücumlarını intensivləşdirən PKK terrorçularının növbəti hədəfi məscid olub.Hakkari vilayəti Yüksekova rayonu “Mərkəz” məscidinə namaz vaxtı iki ədəd kustar üsulla hazırlanmış partalıyıcı qurğu atılıb. Sadəcə səs bombası olan qurğuların işə düşməsi camaat arasında təşviş yaradıb və möminlərin arasına girən təxribartçılar qarışıqlıqdan istifadə edərək məscidin yaxınlığında olan polis şöbəsinə qumbaraatanla atəş açıb.

Qeyd edək ki, baş vermiş partlayış və açılan atəş nəticəsində ölən və xəsarət alan olmayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!